“Quranı başımızın üstünə yox, İÇİNƏ YERLƏŞDİRMƏK lazımdır” – Elşad Miri
    • 21-04-2022, 13:09
    • 1 098

“Quranı başımızın üstünə yox, İÇİNƏ YERLƏŞDİRMƏK lazımdır” – Elşad Miri

“Qədr gecəsi hansısa mərasimin təşkil edildiyi gecə deyil. Qədr gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi heç deyil. Bu gecə Quranın gəlməyə başladığı gecədir”.

News24.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri deyib.

O, Qədr gecəsində bəzi insanların Quranı açaraq başlarının üstünə qoyması ritualına da münasibət bildirib:
“Bunun dinlə heç bir əlaqəsi yoxdur. Əgər kitabı başımızın üzərinə qoymaqla orada yazılanlar başımıza girəcəksə, gəlin, bunu hamımız edək. Başımıza girmirsə, saatlarla deyil, günlərlə etsək də faydası olmayacaq. Quran ayələri oradan sıyrılıb, ürəklərimizə süzülməyəcək. Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır”.