Bakıda qorxulu anlar - Maşınla 4 nəfərin üstündən keçmək istədi - VİDEO
    • 21-04-2022, 14:40
    • 333

Bakıda qorxulu anlar - Maşınla 4 nəfərin üstündən keçmək istədi - VİDEO

Bakıda bir çox avtomobil sürücülərinin piyadalara yol verməməsi adi hala çevrilib.

News24.az-ın məlumatına görə, piyada keçidindən istifadə edən insanların üstünə maşən sürən daha bir şəxs motosikletçinin kamerasına düşüb.

Belə ki, Chevrolet Cruze markalı avtomobilin sürücüsü qoşa xətti kəsərək əks hərəkət zolağına çıxıb və sürətlə hərəkət edərək piyada zolağındakı 4 nəfərin üstünə sürüb. Xoşbəxtlikdən piyadalar bədən xəsarəti almasa da qorxu yaşayıblar.

Qeyd edək ki, qoşa xətti kəsmək və piyada keçidindəki insanların üstünə maşən sürmək ciddi qayda pozuntusu hesab edilir.