Bakının mərkəzində sürücü məsuliyyətsizliyi - 4 UŞAQ ÖLÜMLƏ ÜZ-ÜZƏ
    • 30-11-2019, 16:37
    • 787

Bakının mərkəzində sürücü məsuliyyətsizliyi - 4 UŞAQ ÖLÜMLƏ ÜZ-ÜZƏ

Bakıda yol-hərəkəti qaydalarını kobudcasına pozan daha bir sürücünün görüntüləri yayılıb.

News24.az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə doğru hərəkət edən nəqliyyat vasitələri piyada keçidindən hərəkət edən 7 nəfərə (4 uşaq, 3 böyük) qaydalara uyğun olaraq yol verib. Bu zaman 99 LX 569 nömrə nişanlı “Hyundai Sonata” qoşa xəttin tələbini pozaraq sürətlə piyada keçidini keçib.

Keçidlə hərəkət edən şəxslər təhlükəli vəziyyətdə üz-üzə qalıblar.

Qeyd edək ki, bu kimi hallarda uşaqların həyəcanlanaraq qaçması ağır hadisə ilə nəticələbə bilər.

Hadisənin görüntüsünü təqdim edirik.