Bahar Muradova  Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşdü
    • 21-04-2022, 19:19
    • 369

Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşdü

Aprelin 21-də Ankarada Türkiyə ailə və sosial xidmətlər naziri Dərya Yanık və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətləri arasında görüş keçirilib.

News24.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov də görüşdə iştirak edib. 

Sonra Azərbaycan nümayəndə heyəti Türkiyə ailə və sosial xidmətlər nazirinin “Saray” Uşaq Evləri Şəhərciyində olub. Bildirilib ki, internat tipli bu mərkəzdə 273 yetim uşaq yaşayır, təhsil və tərbiyə alır. Mərkəz dövlət tərəfindən ideal şəkildə təchiz olunub. Şəhərcikdə bədii proqram təşkil edilib.

Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Səfərin məqsədi qarşılıqlı təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdir.