Ukraynada yaşayan azərbaycanlı əsir düşdü
    • 22-04-2022, 01:00
    • 417

Ukraynada yaşayan azərbaycanlı əsir düşdü

Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

Bu barədə onun qohumu Esmira Qasımova məlumat verib.

O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb:

“Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb”.

E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.  /Qafqazinfo.az/