Vaşinqtonda baş vermiş atışmada üç nəfər yaralandı
    • 23-04-2022, 01:26
    • 235

Vaşinqtonda baş vermiş atışmada üç nəfər yaralandı

ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində bir neçə xarici səfirliyin yerləşdiyi ərazidə silahlı atışma zamanı ən azı 3 nəfər xəsarət alıb.

Bu barədə yerli polisin nümayəndəsi açıqlama verib.

"Hələlik 3 zərərçəkən tapılıb. Onlardan heç biri ölməyib", - deyə o bildirib. Polis əməkdaşı situsiyanı çox aktiv fazada olan insident kimi dəyərləndirib.

Qeyd edək ki, atışma məkanının yaxınlığında Nigeriya, Pakistan, İsrail, Banqladeş, Efiopiya və İordaniya səfirlikləri var.  /Report.az/