Rusiyada Hərbi Elmi-Tədqiqat İnstitutundakı yanğında ölənlərin sayı 11-ə çatdı
    • 23-04-2022, 19:38
    • 322

Rusiyada Hərbi Elmi-Tədqiqat İnstitutundakı yanğında ölənlərin sayı 11-ə çatdı

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Hadisə yerindən daha 5 nəfərin meyiti aşkarlanıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 6 nəfərin öldüyü, 24 nəfərin isə xəsarət aldığı bildirilib. Yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. /Apa.az/