Gəncədə 31 yaşlı kişi qətlə yetirildi
    • 10-12-2018, 10:30
    • 1 271

Gəncədə 31 yaşlı kişi qətlə yetirildi

Gəncədə qətl törədilib.

Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

//Report