Yevlaxda 17 yaşlı yeniyetmə qətlə yetirildi
    • 9-10-2019, 22:48
    • 1 173

Yevlaxda 17 yaşlı yeniyetmə qətlə yetirildi

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Bütün cəhdlərə baxmayaraq həkimlər Nurnazarov Rasimin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.