Peyvənd olunanların sayı açıqlandı
    • 25-04-2022, 17:54
    • 309

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 vaksin vurulub.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 627 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 457, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 212 964, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 571 nəfər təşkil edir.