Türkiyədə zəlzələ oldu
    • 25-04-2022, 21:45
    • 395

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib.
News24.az-n Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Muğla vilayətində baş verib.

Yerli vaxtla saat 19:11-də Datça rayonunda 3,6 bal gücündə qeydə alınan zəlzələnin ocağı yerin 13,40 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazı, Yaka, Cumalı, Sındı ve Məsudiyədə hiss edilib.  Dağıntı və ya tələfat barədə məlumat yoxdur.