-
- Bu gün, 02:19
- 114
ABŞ səmasında görünən sirli obyektlərin nə olduğu bəlli oldu
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Con Kirbi ABŞ-ın bəzi ştatlarında səmada görünən sirli obyektlərlə bağlı açıqlama verib.
News24.az publika.az-a istinadla xəbər verir ki, Kirbi Nyu-Cersi və Nyu-York da daxil olmaqla ABŞ-ın şimal-şərqindəki sirli obyekt bildirişlərinin qanunla icazə verilən PUA fəaliyyətləri ilə əlaqəli olduğunu bildirib.
Sözçü Federal Təhqiqat Bürosunun (FTB) son həftələr ərzində bu müstəvidə müşahidələri ilə bağlı təxminən 5000 hesabat aldığını və təxminən 100 işin əlavə araşdırma tələb etdiyini qeyd edib.
Araşdırmaların davam etdiyini qeyd edən Kirbi, sözügedən ştatlarda mülki hava məkanında hər hansı anormallıq aşkar etmədiklərini bildirib.