İlon Mask "Twitter"-i aldı- 44 milyard dollara
    • 25-04-2022, 23:42
    • 659

İlon Mask "Twitter"-i aldı- 44 milyard dollara

Planetin ən varlı adamı, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask "Twitter" şirkətini alıb.

Müqavilənin dəyəri 44 milyard dollar təşkil edib.

Beləliklə, “Twitter” şirkətinin bir səhmi 54,2 dollar məbləğində qiymətləndirilib.

Bazar ertəsi axşam sövdələşmə bağlandıqdan sonra şirkətin səhmləri təxminən 6 faiz bahalaşıb. /Trend/