“Feysbuk səhifəmi özüm idarə edirəm, şərhləri oxuyuram” - Nazir
    • 26-04-2022, 21:40
    • 358

“Feysbuk səhifəmi özüm idarə edirəm, şərhləri oxuyuram” - Nazir

“Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram”.

Bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

O qeyd edib ki, üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul olur:

“Feysbukdakı səhifəmi özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir”./Qafqazinfo.az/