Əbülfəs Qarayev: “Facebook-a ayırmağa vaxtım yoxdur” - VİDEO
    • 15-03-2019, 17:02
    • 1 334

Əbülfəs Qarayev: “Facebook-a ayırmağa vaxtım yoxdur” - VİDEO

Mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”da Emin Musəvinin aparıcılığı ilə yayımlanan “QəbuldASAN” verilişinin qonağı olub.

News24.az xəbər verir ki, nazir sosial şəbəkələrdə şəxsi hesabının olmamasının səbəbini açıqlayıb:

“Sözsüz ki, “WhatsApp”dan məlumatların mübadiləsi, bəzən də ailə üzvləri arasında fotoların göndərilməsi üçün istifadə edirəm.

“Facebook”da isə şəxsi profilim yoxdur. Buna kifayət qədər vaxt ayırmaq lazımdır. İş çədvəlim buna imkan vermir”.

Ə.Qarayev 10 gün bundan öncə ikinci qız nəvəsinin dünya gəldiyini də açıqlayıb.