Siyəzəndə bıçaqlanma hadisəsi baş verib
    • 26-04-2022, 22:40
    • 264

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Zarat kəndində qeydə alınıb.

Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb.

Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report/