Aleynanın göz yaşları, Sıla və Serenayın geyimi, Aygünün həyəcanı - "Altın kelebek"də yaşananlar - FOTO - VİDEO
    • 10-12-2018, 13:07
    • 1 124

Aleynanın göz yaşları, Sıla və Serenayın geyimi, Aygünün həyəcanı - "Altın kelebek"də yaşananlar - FOTO - VİDEO

Ötən gün “Altın kelebek” mükafatları öz sahiblərini tapıb.

News24.az xəbər verir ki, tanınmış simaların qatıldığı gecə maraqlı və duyğusal məqamlara yadda qalıb.

Tədbir məşhurların qırmızı xalça üzərindən keçidi ilə start götürüb. Daha sonra isə tanınmış model və mükafatlandırmanın aparıcısı Çağla Şikelin səhnə çıxıb.

Aparıcı 3D mappinq texnologiyası ilə hazırlanmış səhnəcikdə sanki bütün Türkiyəni gəzib və tədbirin baş tutduğu məkana gəlib. Daha sonra isə səhnəyə gecənin digər aparıcısı aktyor Cem Davranı dəvət edib.

Aparıcılarin ilk elan etdiyi ad “Altın kelebek”i təşkil edən şirkətin siması olan aktrisa Neslihan Atagül olub.

O, səhnəyə qızılı libasda libasda çıxıb və nitq söyləyib.

Gecədə müğənni Aleyna Tilkinin performansı və mükafat alarkən ağlaması diqqət çəkən məqamlardan biri olub. O, bundan sonra səhnədə əsl Aleyna Tilkinin olacağını bildirib.
 



Aleyna Tilki ilə yanaşı mükafatlandırma gecəsinə Sibel Can, Edis və Kenan Doğulu da ifaları ilə rəng qatıb.





S.Can “En iyi fantezi muziği kadın”, Edis isə “En iyi pop muzik erkek” mükafatına layiq görülüb.

Bir müddət öncə açıq-saçıq geyiminə və kadrlara görə klipinin yayımına qadağa qoyulan və etiraz olaraq “Farkımız var” adlı mahnıya klip çəkdirən Hadise “En iyi klip” mükafatını alıb. İfaçıya mükafatı həmkarı Gülben Ergen təqdim edib.

“Altın kelebek”də artıq ikinci ildir ki, Azərbaycan da iştirak edir. Türkiyənin “Oskar”ı adlandırılan heykəlciyi xalq artisti Aygün Kazımova alıb. İfaçı zalda əyləşənlər üçün “SUS” mahnısını səsləndirib.




Tədbirdə libası ilə diqqət çəkənlər isə Sıla və Seren Sarıkaya olub.

Səhnəyə qara libasda çıxan Sılanın geyimindəki dərin yarıq diqqətləri üzərinə çəkib.



Azərbaycanda da maraqla izlənilən “Çukur” serialı “En iyi erkek oyuncu” Aras Bulut İynemli, “En iyi dizi” və “En iyi dizi muziği” mükafatlarına layiq görülüb”.




Teymur MƏMMƏDOV