"432 kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb" -Anar Cəbrayıllı
    • 27-04-2022, 12:57
    • 228

"432 kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb" -Anar Cəbrayıllı

"Azərsu" ASC Naxçıvan MR istisna olmaqla ölkənin qalan ərazilərində 3 316 kənd və qəsəbəyə xidmət göstərir.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

"Bu gün yaşayış məntəqələrinin çoxu suya tələbatını fərdi qaydada ödəyir. 387 kənd və qəsəbə mərkəzləşmiş şəbəkə ilə təmin edilib, 234 kənddə ümumi istifadədə olan bulaqlar mövcuddur, 432 kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb", - deyə o, qeyd edib.