"Rayonlarda su pasportu hazırlanır" - Qorxmaz Hüseynov
    • 7-11-2019, 11:39
    • 871

"Rayonlarda su pasportu hazırlanır" - Qorxmaz Hüseynov

"Rayonlarda su pasportunu hazırlayırıq. Bir çox kəndlərdə su təchizatında problemlər var".

News24.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən ənənəvi mətbuat konfrasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. Onun sözlərinə görə, bununla bağlı ölkə başçısının xüsusi sərəncamı var:" Regionlarda vətəndaşların su təchizatının təmin olunması istiqamətində ciddi işlər aparılır, təkliflər qəbul edilir, layihələr həyata keçirilir. Su təchizatının təmin olunması ilə bağlı 7 rayon, 8 kənddə 30 min əhalini edəcək modul tipli qurğular tətbiq edilib. Bununla bağlı bələdiyyələrlə müqavilələr bağlanıb. Ümumilikdə isə, modul tipli qurğular vasitəsilə 690 minə yaxın əhali sudan faydalanıb". 

Afaq Mirayiq