Rusiyada Rövşən Əsgərova cinayət işi açıldı
    • 27-04-2022, 16:09
    • 259

Rusiyada Rövşən Əsgərova cinayət işi açıldı

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış azərbaycanlı iştirakçısı Rövşən Əsgərov barəsində nasizmin bərpa olunması ittihamı ilə cinayət işi başlanıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, Əsgərov bundan əvvəl sosial şəbəkə hesabında rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumatlar dərc edib.