Beyons Hindistanın ən varlı şəxsinin qızının toyunda - FOTOLAR - VİDEO
    • 10-12-2018, 14:50
    • 942

Beyons Hindistanın ən varlı şəxsinin qızının toyunda - FOTOLAR - VİDEO

Hindistanın ən varlı şəxsi sayılan Mukeş Ambaninin qızı 27 yaşlı İşi Ambaninin toyu medianın gündəmindədir. 

News24.az xəbər verir ki, buna səbəb isə biznesmen-milyarderin qızının toyunda dünyaca məşhur müğənni Beyonsun çıxış etməsidir. 

Udaypurda baş tutan məclisdə ifaçı "Perfect" və "Crazy in love" kimi hit mahnılarını səsləndirib. Beyons geyimi ilə də diqqət çəkib. O, Hindistanın ən qədim moda evlərindən "Jashan" brendindən geyinib. Libası Abu yani Sandib hazırlayıb. 

Səhnəyə çıxarkən isə ifaçı hər zaman olduğunu kimi, "Body" geyinməyə üstünlük verib. 

Toydan olan görüntüləri yayımlayırıq:

Teymur MƏMMƏDOV