“Mançester Yunayted” - “Çelsi”: Üç dəqiqədə iki qol - VİDEO
    • 29-04-2022, 00:41
    • 284

“Mançester Yunayted” - “Çelsi”: Üç dəqiqədə iki qol - VİDEO

İngiltərə Premyer Liqasında çempionatın maraqla gözlənilən qarşılaşmalarından biri baş tutub.

Vaxtından əvvəl keçirilən 37-ci tur oyununda “Mançester Yunayted” “Çelsi”ni qəbul edib.

İddialı kollektivlərin “Old Trafford”dakı mübarizəsinin taleyini üç dəqiqə ərzində (60,62) vurulmuş iki qol müəyyən edib - 1:1.

Qeyd edək ki, hazırda Tomas Tüxelin yetirmələri turnir cədvəlində 3-cü, onlardan iki oyun çox keçirən “qırmızı şeytanlar” isə  6-ci yerdə qərarlaşıb. /Oxu.az/