Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama - VİDEO
    • 29-04-2022, 01:34
    • 304

Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama - VİDEO

“Sumqayıt Şəhər Polis Şöbəsinin dəstəyi ilə bizim mülki müdafiə qoşunlarının əməkdaşları və yanğınsöndürənlərin köməyi ilə ərazidəki insanlar təxliyə olunub”.

News24.az xəbər verir ki, Bunu yanğın baş verən ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaxında elə bir yaşayış məntəqəsi yoxdur:

“Şəxsi heyət arasında yaralanan, zəhərlənən yoxdur. Heç bir əməkdaşımız, polis yaralanmayıb”.

“5 min kvadrat metr yer yanır. Onun 4 min kvadrat metri söndürülüb, hazırda yanan və söndürülmə işi aparılan ərazi min kvadrat metrdir.

Söndürmə sürəti normativdən iki dəfə çox olub. Heç bir gec söndürmədən söhbət getmir”, - nazir əlavə edib.