Mbappe İbrahimoviçi PSJ-də qol sayında üstələdi
    • 30-04-2022, 01:35
    • 278

Mbappe İbrahimoviçi PSJ-də qol sayında üstələdi

Fransa milli komandasının futbolçusu Kilian Mbappe PSJ-nin heyətində vurduğu qol sayında hazırda İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimovu keçib.

24 yaşlı hücumçu Liqa 1-də "Strasburq"la səfərdə 3:3 hesablı heç-heçə etdikləri XXXV tur qarşılaşmasının 23-cü və 68-ci dəqiqələrində fərqlənib.

Bununla da Mbappe Paris komandasındakı qol sayını 115-ə çatdırıb. O, 113 qolu olan İbrahimoviçi keçərək, 4-cü yerə yüksəlib.
Belə bir göstəriciyə çatmaq üçün Mbappeyə 139, İbrahimoviçə 122 oyun lazım gəlib.

Qeyd edək ki, PSJ-də qol rekordçusu 138 dəfə fərqlənmiş uruqvaylı Edinson Kavanidir. Kilian Mbappe Paris komandasına 31 avqust 2017-ci ildə keçib. Zlatan İbrahimoviç isə bu kluba 17 iyul 2012-ci ildən 30 iyun 2016-cı ilədək məxsus olub. /Report.az/