Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
    • 30-04-2022, 16:42
    • 451

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 92 nəfərdir.

Ölkədə son sutka ərzində 3 104, hazırkı dövrədək isə 6 814 486 test aparılıb.