Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
    • 30-04-2022, 18:36
    • 376

Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun “PMK-19” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/