-
- 30-04-2022, 21:31
- 472
Uşaqlar arasında yayılan hepatit virusu COVID-19-la əlaqəlidir?
Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Böyük Britaniya, Norveç, Rumıniya, ABŞ, İrlandiya, İspaniya da daxil olmaqla 12 fərqli ölkədə uşaqlarda hepatit virusunun aşkar edildiyini, bir uşağın dünyasını dəyişdiyini, bir neçəsinin isə vəziyyətinin ağır olduğunu açıqlamışdı.
Bu müəmmalı epidemiya xəstəliyi ilə bağlı ABŞ-ın aparıcı səhiyyə müəssisələrindən biri olan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən (CDC) açıqlama verilib.
Keçən həftə bəzi səlahiyyətli orqanlar və qurumlar COVID-19 epidemiyası səbəbiylə uşaqların xəstələndiyini iddia etsə də, CDC bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Xəstəliyin ilk dəfə ABŞ-da müşahidə olunduğu barədə Alabama ştatının rəsmiləri cari məlumatları və test nəticələrini paylaşıblar. 2021-ci il oktyabrın 1-dən sonra xəstəxanaya yerləşdirilən 9 xəstənin məlumatlarını təhlil edən ekspertlər xəstəliklərin bir-biri ilə əlaqəli olmadığını və uşaqların sağlamlıq durumunun yaxşı olduğunu açıqlayıb.
Səlahiyyətlilər həmçinin ABŞ-da aşkarlanan xəstələrin orta yaş həddinin 3 olduğunu bildiriblər.
Uşaqlar üzərində aparılan COVID-19 testi nəticəsində onların heç birinin xəstə olmadığı bildirilib. Lakin alimlər uşaqlarda bu xəstəliyin səbəbi kimi adenovirusu göstəriblər.
CDC 9 xəstənin hamısında adenovirusun aşkar edildiyini, onlardan 6-da Epstein-Barr virusunun olduğu da qeyd edilib.
CDC xəstələrdən 3-də kəskin böyrək çatışmazlığı, ikisində isə böyrək transplantasiyası olduğunu və böyrək transplantasiyası olanlar da daxil olmaqla, bütün xəstələrin ya sağaldığını, ya da sağalma mərhələsində olduğunu açıqlayıb. /Publika.az/