“Qarabağ” Azərbaycan çempionu oldu
    • 3-05-2022, 21:02
    • 269

“Qarabağ” Azərbaycan çempionu oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

ilk oyun günündə iki matç keçirilib.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.

Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub.

İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub.

Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb.

Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub. /Apasport.az/