Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlandı
    • 4-05-2022, 11:51
    • 354

Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlandı

Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlanıb.

Bu barədə News24.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6 000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.