Sərxoş şəxs özünü dənizə atdı
    • 5-05-2022, 11:00
    • 309

Sərxoş şəxs özünü dənizə atdı

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə olan şəxs özünü dənizə atıb.

Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində özünü dənizə atan şəxs xilas edilib.

News24.az xəbər verir ki, əmin şəxs Quba rayon sakini Novruz Novruzov olub. 

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar.

N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Araşdırma aparılır.