Əvvəllər məhkum olmuş şəxslər yenidən oğurluq etdi
    • 5-05-2022, 11:33
    • 253

Əvvəllər məhkum olmuş şəxslər yenidən oğurluq etdi

Abşeron Rayon Polis İdarəsinə Nübar yaşayış sahəsindəki rayon Kommunal İdarəsinə məxsus tikilidən 1200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanması barədə müraciət daxil olub.

News24.az-ın məlumatına görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Eltun Həsənov,  əvvəllər məhkum olunmuşlar Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılıb.
 
Araşdırma aparılır.