-
- 5-05-2022, 11:53
- 425
Sərhəddən narkotik vasitənin və psixotrop həbin keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınmışdır.
Bu barədə DSX-nın mətbuat xidmətindən News24.az-a məlumat verilib.
May ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərində 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar. Onların Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilmiş, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram “tiryək”, 3921 qram “heroin”, 17790 qram “qurudulmuş marixuana”, 2987 qram “metamfetamin”) və 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri aşkar olunaraq götürülmüşdür.
May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlamışdır.
Xidməti ərazi dərhal qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə “metamfetamin” və 500 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar edilmişdir.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.