İcra başçısının ailəsində ağır itki
    • 5-05-2022, 14:38
    • 372

İcra başçısının ailəsində ağır itki

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova ağır itki üz verib.

News24.az-ın məlumatına görə, icrA başçısının əmisi Bəhmən Həsənov vəfat edib. 

Qeyd edək ki, Vaqif Həsənov Ağdamın Kolanlı kəndindəndir. O, bu təyinata qədər Xəzər rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Vaqif Həsənov eyni zamanda Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun qardaşıdır.