İsraildə terror aktı törədildi
    • 5-05-2022, 23:04
    • 423

İsraildə terror aktı törədildi

İsrailin Elad şəhərində terror aktı baş verib.

Trend "Kan" radiostansiyasına istinadən xəbər verir ki, naməlum şəxslər odlu silah və balta ilə insanlara hücum ediblər.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Bildirilir ki, hazırda hücum edən şəxslərin axtarışları aparılır./Trend.az/