Rasim Balayev yenidən xəstəxanaya yerləşdirilib

Rasim Balayev yenidən xəstəxanaya yerləşdirilib Hadisə
Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

News24.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır.

“Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu./Report/