-
- 6-05-2022, 16:14
- 374
DYP avtomobillərin jalüzləri ilə bağlı xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən News24.az-a bildirilib ki, xəbərdalıqda bildirilir:
Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.
Əvvəla qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 %-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70 %-dən aşağı olmamalıdır.
Lakin, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.
Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır.