İspaniyada partlayış baş verib, 12 nəfər yaralanıb
    • 6-05-2022, 17:23
    • 340

İspaniyada partlayış baş verib, 12 nəfər yaralanıb

İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşən evlərdən birində partlayış nəticəsində 12 nəfər yaralanıb.

News24.az
xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, binanın sakinləri təxliyə edilib.

Hadisənin səbəbi məlum deyil. İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib.

Qeyd edək ki, 2021-ci il yanvarın sonunda Madridin mərkəzindəki partlayış nəticəsində binanın dam pörtüyü və 4 mərtəbəsi uçmuşdu. Bina yerli yeparxiyaya məxsus olduğundan orada yerli keşişlər yaşayırmış.