Bağdadda DƏHŞƏTLİ PARTLAYIŞ: 21 nəfər ölüb , 44 nəfər yaralanıb
    • 21-01-2021, 13:34
    • 439

Bağdadda DƏHŞƏTLİ PARTLAYIŞ: 21 nəfər ölüb , 44 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

News24.az xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.

Terrorçu-kamikadze meydanda özünü partladıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.