Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdı
    • 21-04-2022, 18:34
    • 596

Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

News24.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

ABŞ lideri bununla bağlı qərarı təsdiqlədiyini bəyan edib.

Bayden hərbi yardım paketinə ağır artilleriya silahları, haupitsalar və taktiki dronların daxil olduğunu vurğulayıb. /Apa.az/