Bayden Ukraynaya 13,6 milyard dollar yardımla bağlı sənədi imzaladı
    • 16-03-2022, 01:00
    • 1 614

Bayden Ukraynaya 13,6 milyard dollar yardımla bağlı sənədi imzaladı

ABŞ Prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar həcmində yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.

News24.az xəbər verir ki, bu paket digər məsələlərlə yanaşı, Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard ABŞ dollarının ayrılmasını nəzərdə tutur.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.