"Çelsi"nin yeni sahibi məlum oldu
    • 7-05-2022, 21:13
    • 349

"Çelsi"nin yeni sahibi məlum oldu

İngiltərənin “Çelsi” futbol klubunun ümumilikdə 4 milyard 250 milyon funt sterlinqə satışı üçün razılıq əldə edilib.

Bu barədə "Çelsi"nin rəsmi internet saytı açıqlama yayıb.

"Todd Boli, C. Capital, Mark Valter və Hansyorq Vissanın rəhbərliyindəki yeni bir konsorsiumun klubu almaq üçün şərtləri qəbul edilib", - məlumatda bildirilir.

Qeyd edək ki, satışın may ayının sonunadək başa çatdırılması gözlənilir./Axar.az/