Rusiya ordusu Ukraynada kənd məktəbinə zərbə endirdi: 60 nəfər öldü
    • 8-05-2022, 10:01
    • 622

Rusiya ordusu Ukraynada kənd məktəbinə zərbə endirdi: 60 nəfər öldü

Mayın 7-də Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday "Telegram"-da paylaşımında bildirib.

Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.