Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirildi
    • 8-05-2022, 15:22
    • 521

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 8 may 2022-ci il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirilib.

News24.az xəbər verir ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 87 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 5 nəfər, BA4 altqrupu üzrə 7 nəfər olmaqla, ümumilikdə 17 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

“Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 10-12 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri isə mayın 10-da elan olunacaq.