Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
    • 9-05-2022, 19:11
    • 403

Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb

Zaqatala rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb.

Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Yeddi aylıq hamilə olan qadın burada oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə aparılarkən yolda keçinib.
Qeyd edək ki, bu, Fatimət Musayevanın birinci hamiləliyi olub./Report.az/