Zelenski Mariya Peyçinoviç-Buriç ilə görüşdü
    • 9-05-2022, 21:42
    • 338

Zelenski Mariya Peyçinoviç-Buriç ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Kiyevdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb. 

Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

“Volodimir Zelenski Mariya Peyçinoviç-Buriçlə dövlətimiz üçün bu çətin zamanda Avropa Şurasından Ukraynaya dəstək vermənin konkret yollarını müzakirə edib.

Tərəflər, digər məsələlərlə yanaşı, Baş Prokurorluğa kömək edəcək hüquq ekspertləri qrupunun yaradılması təşəbbüslərinə, habelə Ukraynada yerli icmalara dəstək üçün yeni onlayn platforma olan "Cities4Cities"in işə salınmasına toxunublar", - məlumatda deyilir.

"Cities4Cities" platforması martın sonunda Avropa Şurası tərəfindən istifadəyə verilib.

Bu, Ukrayna şəhərlərinin rəhbərlərinə infrastrukturun bərpası və digər yardım ehtiyaclarını müzakirə etmək üçün Avropa ölkələri ilə birbaşa əlaqə saxlamağa imkan verir.