-
- 9-05-2022, 23:32
- 465
Türkiyə suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcək - Ərdoğan
Türkiyə hakimiyyəti Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların öz vətənlərinə könüllü və ləyaqətlə qayıtmaları üçün bütün lazımi şəraiti təmin etmək niyyətindədir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Türkiyədəki suriyalı qaçqınların sayı onların öz vətənlərinə könüllü qayıtmaları üçün lazımi şərait yaradıldıqda məqbul səviyyəyə enəcək", - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Türkiyə beynəlxalq humanitar təşkilatların ayırdığı maliyyə sayəsində hazırda Suriyanın 13 rayonunda bu ölkədən olan qaçqınlar üçün 200 min ev tikir./Trend.az/