Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıblar
    • 10-05-2022, 02:18
    • 274

Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıblar

Şri-Lankada etirazçılar istefasını elan edən baş nazir Mahinda Rajapaksanın iqamətgahını yandırıblar.

Bu barədə "ANI News" informasiya agentliyi bildirib.

Mahinda Rajapaksanın evi ada dövlətinin şimal-qərb hissəsindəki Kuruneqala şəhərində yanır.

Etirazçıların bir neçə deputatın və hökumət kabinetinin nazirlərindən birinin evini də yandırdığı bildirilib./Trend.az/