Gəncədə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
    • 10-05-2022, 22:53
    • 392

Gəncədə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik maşınında olanlar - 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Apa.az/