Gəncədə qəza olub, xəsarət alan var - FOTO
    • 12-04-2022, 21:13
    • 395

Gəncədə qəza olub, xəsarət alan var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Fiat Doblo" markalı minik maşını ilə " VAZ-2107 " markalı avtomobil toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /APA/