Bakıda qəza körpüdə tıxaca səbəb oldu
    • 11-05-2022, 20:45
    • 295

Bakıda qəza körpüdə tıxaca səbəb oldu

Bakıda qəza tıxaca səbəb olub.

Daxili İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində baş verib.

Yol kəsişməsindən üzü Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə qəza səbəbindən tıxac yaranıb.

Hal-hazırda DYP əməkdaşları hərəkəti tənzimləyirlər.